Pakistanın Hindistan təyyarəsini JF-17 döyüş təyyarələri ilə vurması ilə bağlı iddialar müdafiə sənayesi bazarını qarışdırıb.
Turkustan.az xəbər verir ki, Çinin AVIC Chengdu şirkətinin səhmləri bahalaşarkən, Hindistanın vurulan Mirage və Rafale təyyarələrinin istehsalçısı Fransanın Dassault şirkətinin səhmləri ucuzlaşıb. Bu inkişaf Dassault Aviation səhmdarları arasında narahatlıq yaradıb.
AVIC Chengdu UAS Co Ltd (688297:SHH) səhmləri son hadisələrə görə 17 faiz artıb. Şirkətin səhmləri 39,20 CNY-ə çataraq bir ilin ən yüksək səviyyəsinə yaxınlaşıb. Bu artım JF-17 Thunder döyüş təyyarəsinin əməliyyat uğuru investorların inamını artırması ilə bağlıdır.
JF-17 Thunder Çinin Chengdu Aircraft Corporation (CAC) və Pakistan Aeronautical Complex (PAC) tərəfindən birgə hazırlanmış çoxməqsədli döyüş təyyarəsidir. Təyyarə ilk uçuşunu 2003-cü ildə edib və 2007-ci ildə Pakistan Hərbi Hava Qüvvələrinin inventarına daxil olub. JF-17 hava-hava və hava-yer missiyalarında istifadə üçün nəzərdə tutulub və müasir avionika sistemləri ilə təchiz edilib.
Aytən Yaşar/ Turkustan.az