Medvedevdən Trampa cavab: Bildiyim yeganə pis şey III Dünya Müharibəsidir


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında ABŞ prezidenti Donald Trampın son açıqlamasına cavab verib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin odla oynadığını və o olmasaydı, Rusiyanın başına çox pis hadisələrin gələcəyini bəyan edib.

Dmitri Medvedev X hesabı vasitəsilə Trampa cavab verib.

Medvedev: "Mən həqiqətən pis olan yalnız bir şeyi bilirəm, o da III Dünya Müharibəsidir. Ümid edirəm ki, Tramp bunu anlayar"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ