İran şərq sərhədində 400 km-lik təhlükəsizlik divarı inşa edəcək


İran Quru Qoşunlarının komandanı, briqada generalı Kiyomers Heydəri bildirib ki, ilin sonuna qədər ölkənin Əfqanıstan və Pakistanın daxil olduğu şərq sərhədində 400 kilometrlik təhlükəsizlik divarı tikiləcək.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasına danışan Heydəri məsələ ilə bağlı məlumat verib.

Haydari: "İndiyədək 103 kilometr divar çəkmişik və 140 kilometr divar üçün infrastrukturu hazırlamışıq. İlin sonuna qədər sərhədlərin bağlanması işlərini 400 kilometrə çatdıracağıq" deyib.

İran rəsmisi qeyd edib ki, divar smart sensorlar və yüksək texnologiyalı monitorinq sistemləri ilə təchiz olunacaq.

Tehran administrasiyası Əfqanıstan və Pakistan sərhədində inşa etdiyi 4 metr hündürlüyündə beton divarla qeyri-qanuni immiqrasiya və rejim əleyhinə ünsürlərin ölkəyə sızmasının qarşısını almağı hədəfləyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ