Paşinyanın arvadı tənqidçiləri belə təhqir etdi: "eşşək", "bit"


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan ötən həftədən etibarən sosial şəbəkələrdə tənqidlərə təhqirlə cavab verməyə başlayıb.

Turkustan.az xəbər verir ki, o, paylaşımlarında onu tənqid edən şəxslərə qarşı sərt və təhqiredici ifadələrlə cavab verir.

Hakobyan son günlər ard-arda statuslar paylaşaraq, həm şəxsi üslubuna, həm də siyasi fikirlərinə yönələn iradları səsləndirən tənqidçilərini müxtəlif formada etinasız və səviyyəsiz adlandırmaqdan çəkinmir, onları “bit” və “eşşək” kimi ifadələrlə aşağılayır.

Jurnalistlər və media qurumları da onun hədəfinə çevrilib – o, bəzi xəbər resurslarını və onların yazarlarını qeyri-peşəkar və savadsız olmaqda ittiham edib.

Onun bu hərəkəti hüquq müdafiəçiləri və ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. /modern.az/


MANŞET XƏBƏRLƏRİ