Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail ordusunun Cenin Qaçqınlar Düşərgəsi yaxınlığında diplomatlardan ibarət nümayəndə heyətinə atəş açması ilə bağlı yayılan xəbərlərdən "narahatlığını" ifadə edib və İsrail hakimiyyətini hadisəni araşdırmağa çağırıb.
Turkustan.az xəbər verir ki, BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat brifinqində sualları cavablandırıb.
İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində təftiş aparan diplomatlardan ibarət nümayəndə heyətinə atəş açması ilə bağlı sualı cavablandıran Dujarrik: "Hadisə ilə bağlı bizə məlumat verildi. Baş katib İsrail əsgərlərinin BMT personalı da daxil olmaqla diplomatik nümayəndə heyətinə xəbərdarlıq atəşi açması ilə bağlı bu xəbərlərdən narahatdır" deyib.
İşini yerinə yetirən diplomatların heç vaxt güllələnməməsi və hücuma məruz qalmaması lazım olduğunu ifadə edən Dujarric: "Onların təhlükəsizliyinə və həyati fəaliyyətlərinə hər zaman hörmət edilməli olduğu aydındır. Onlara qarşı hər hansı güc tətbiqi qəbuledilməzdir"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az