Fransa: Zelenski Türkiyəyə getdi, ancaq "boş kreslo" ilə qarşılaşdı


"Əlbəttə, Vladimir Putin bu gün Türkiyəyə aşağı səviyyəli nümayəndə heyəti göndərdi, çünki o, ABŞ və avropalıların onu sülh danışıqlarına başlamağa məcbur edəcək hərtərəfli sanksiyalarından qaçmaq istəyir".

Turkustan.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.

O, deyib ki, Rusiya Ukrayna ilə sülh danışıqlarına razı olmasa, daha əhatəli sanksiyalar tətbiq olunacaq.

Rusiya prezidenti Vladimir Putinin danışıqlara qatılmamasını tənqid edən Barrot, Ukrayna prezidenti Vladimir Zelenskinin “sözünün üstündə durduğunu” və danışıqlar üçün Türkiyəyə gəldiyini, lakin “boş kreslo ilə qarşılaşdığını” bildirib.

İstanbul sülh danışıqlarında Rusiya və Ukrayna texniki heyətləri arasında aparılan danışıqlardan "şərtsiz və dərhal" atəşkəsə ümid etdiklərini bir daha təkrarlayan Barrot Fransanın müdafiə xərclərini artırmasına da toxundu.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ