ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlarını “çox yaxşı” adlandırıb.
Turkustan.az xəbər verir ki, siyasətçi bu barədə "Breitbart" portalına müsahibəsində danışıb.
“Bizim iki çox yaxşı telefon danışığımız oldu və mən həqiqətən inanıram ki, orada baş verən qan tökülməsini dayandıra bilməyimiz üçün razılıq əldə olunacaq”, - Tramp qeyd edib.
Bundan əvvəl Vladimir Zelenski Amerika liderinin Vladimir Putinlə söhbətinin təfərrüatlarını onunla bölüşdüyünü bildirmişdi. Zelenski bildirib ki, münaqişəyə tam son qoymaq üçün ilk addımlardan biri enerji və digər mülki infrastruktura hücumların dayandırılması ola bilər./publika.az