Şərif ABŞ-İran anlaşmasını elan etdi: Memorandum dərhal qüvvəyə mindi


Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İranın "İslamabad Anlaşma Memorandumu"nu elektron şəkildə imzaladığını açıqladı.

Turkustan.az xəbər verir ki, Şərif həmçinin anlaşma memorandumunun təfərrüatlarını da paylaşdı.

Pakistanın Baş naziri Şərif razılaşmanın təfərrüatlarını X sosial media platformasında paylaşıb.

Şərif iki ölkənin "İslamabad Anlaşma Memorandumu"nu elektron şəkildə imzaladığını bildirərək, müqavilənin hər iki ölkənin prezidentləri tərəfindən elektron şəkildə imzalandığını əlavə etdi.

Şerif bildirib ki, "Bu sazişin müvafiq hökumətlərin ən yüksək səviyyəsində imzalanması hər iki tərəfin münaqişənin diplomatik yolla həllinə sadiqliyini nümayiş etdirir. İslamabad Anlaşma Memorandumu dərhal qüvvəyə minəcək və ilk addım olaraq İran dərhal Hörmüz boğazını açacaq və ABŞ dərhal dəniz blokadasını ləğv edəcək".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ