Ölkədə doğulan uşaqların sayı kəskin azalıb - Yeni statistika


Azərbaycanda bu ilin yanvar-may aylarında doğulan uşaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin ölkənin yanvar-may ayları üzrə iqtisadi və sosial inkişaf göstəricilərinə dair nəşrində bildirilib.

Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 28 min 631 doğulan körpə qeydə alınıb.

Qeyd olunub ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 9,4-dən 8,5-ə enib.

Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqları olub. Həmçinin bu dövrdə 980 əkiz, 39 üçəm dünyaya gəlib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ