Polşada siyasi gərginlik: Konstitusiya Məhkəməsi mühasirəyə alındı


Polşada Konstitusiya Məhkəməsi polis tərəfindən mühasirəyə alınıb. Prezident Karol Navrotski isə Seneqala planlaşdırdığı səfərini yarımçıq qoyaraq ölkəsinə qayıtmaq qərarına gəlib.

Turkustan.az xəbər verir ki, Məhkəmə sədri Boqdan Svetskovski və vitse-prezident Bartlomiej Soçanskinin vəzifələrindən uzaqlaşdırıldığının elan edilməsindən sonra Konstitusiya Məhkəməsinin binası qarşısında etirazlar başlayıb. Ərazi polis tərəfindən mühasirəyə alınıb.

Polşa Konstitusiya Məhkəməsinin rəsmi saytında yerli vaxtla saat 18:00 radələrində Məhkəmə sədri Svetskovski və vitse-prezident Soçanskinin vəzifələrindən uzaqlaşdırılması ilə bağlı məlumat dərc olunub.

Polşa mediasının məlumatına görə, hadisədən sonra müxalifətdəki Hüquq və Ədalət Partiyasının (PiS) lideri Yaroslav Kaçinski, keçmiş baş nazir Mateuş Moravetski və Konstitusiya Məhkəməsinin keçmiş prezidenti Yuliya Pşilebska da daxil olmaqla çox sayda şəxs məhkəmə binasının qarşısına toplaşıb. Daha sonra bina polis qüvvələri tərəfindən mühasirəyə alınıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ