Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu


17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununa çıxıb.

Turkustan.az Qol.az-a istinadla xəbər verir ki, Albaniyanın Rroqojinə şəhərində İrlandiya ilə keçirilən B Liqasının matçı rəqibin 16:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi növbəti matçlarını oktyabrın 1-də Kosova, oktyabrın 4-də isə Albaniya yığmasına qarşı keçirəcək.


MANŞET XƏBƏRLƏRİ