İnqilab Keşikçiləri Hörmüz boğazında bir supertankerin minaya düşdüyünü bildirdi.
Turkustan.az xəbər verir ki, İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri tankerdə partlayış baş verdiyini bildirdi. İnqilab Keşikçiləri Korpusunun yazılı açıqlamasında təxminən 2 milyon barel neft daşımaq qabiliyyətinə malik olduğu üçün "supertanker" adlandırılan bir gəminin Hörmüz boğazından keçməyə cəhd etdiyi bildirilib.
Bəyanatda deyilir ki, supertanker alternativ cənub marşrutu ilə Hörmüz boğazından çıxmağa çalışarkən dəniz minasına dəyib və zərbə nəticəsində gəmidə partlayış baş verib.
İran İnqilab Keşikçiləri Korpusu da minaya düşən gəminin görüntülərini yayımlayıb. Bildirilib ki, bu, bu gün partlayan üçüncü neft tankeridir.
Aytən Yaşar/ Turkustan.az