BMT-də Türkiyə-Yunanıstan qarşıdurması: Ankara Afinanın ittihamlarına cavab verdi


Türkiyə ilə Yunanıstan arasında münasibətlərin gərgin olduğu bir vaxtda BMT-də iki ölkə arasında diplomatik qarşıdurma yaşanıb.

Turkustan.az xəbər verir ki,Afina BMT Təhlükəsizlik Şurasına rotasiyalı sədrliyindən istifadə edərək Ankaraya qarşı ittihamlar səsləndirib. Türkiyənin cavabı isə gecikməyib. BMT-dəki qarşılıqlı bəyanatlar iki ölkə arasında mövcud olan dərin fikir ayrılıqlarını bir daha üzə çıxarıb.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis BMT-də “İnkişaf etməkdə olan texnologiyalar və dəniz təhlükəsizliyi” mövzusunda keçirilən iclasda çıxışı zamanı Türkiyə-Liviya arasında imzalanmış dəniz sərhədlərinin müəyyənləşdirilməsi sazişini hədəf alıb.

İclasda çıxış edən Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Əhməd Yıldız Mitsotakisin ittihamlarına cavab verərək beynəlxalq hüququn xəritə və ya şüarlarla məhdudlaşdırıla bilməyəcəyini bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ