Xamenei sükutunu pozdu: Orduya hücum əmri


İranın Ali Lideri Müctəba Xamenei yüksək rütbəli hərbi komandirlərlə görüş keçirib.

Turkustan.az xəbər verir ki, görüş zamanı Ali Lider hərbçilərə ölkəyə yönələ biləcək potensial təhdidlərə dərhal və effektiv şəkildə cavab verməyi tapşırıb.

İrana qarşı hər hansı təcavüzün cavabsız qalmayacağını vurğulayan Xamenei düşmən tərəfə xəbərdarlıq edib:

“Əgər düşmənlər yenidən hərbi və ya terror hücumlarına başlasalar, bu əməliyyatların nə vaxt və hansı şərtlər altında bitəcəyinə yalnız İran ordusu və İran xalqı qərar verəcək”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ