G20-də Rusiya ilə gərginlik: Lavrova görə ailə fotosu ləğv edildi


ABŞ-ın Atlanta şəhərində xarici işlər naziri Hakan Fidanın da iştirak etdiyi G20 Xarici İşlər Nazirlərinin görüşü Rusiya ilə bəzi Avropa ölkələri arasındakı fikir ayrılıqları səbəbindən ənənəvi ailə fotosu çəkdirilmədən başlayıb.

Turkustan.az xəbər verir ki, builki G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirakçılar ənənəvi ailə fotosu çəkdirmədən birbaşa açılış nitqlərinin keçiriləcəyi zala keçiblər.

“Associated Press” (AP) agentliyinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bəzi avropalı diplomatlar Rusiya xarici işlər naziri Sergey Lavrovla eyni fotoda yer almaq istəmədiklərini bildiriblər. Bundan sonra ABŞ tərəfi ənənəvi fotosessiyanın keçirilməsindən imtina edib.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful da məsələ ilə bağlı ölkə mediasına açıqlamasında bildirib ki, avropalı tərəfdaşları Lavrovla birgə ailə fotosunda iştirak etməyəcəklər.

“Dünən dediklərim hələ də qüvvədədir: Rusiya ilə normal münasibətlərdən söhbət gedə bilməz”, – deyə, Vadeful vurğulayıb.

G20 görüşü ailə şəkli çəkilmədən başladı.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ