Ukrayna Prezidenti Vladimir Zelenski müharibəyə son qoymaq üçün bütün diplomatik vasitələrdən istifadə etməyə çalışdıqlarını bildirib. O, Türkiyədə mühüm danışıqların keçiriləcəyini də qeyd edib.
Turkustan.az xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşdığı gündəlik video müraciətində Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti qiymətləndirib.
Ukrayna lideri Rusiya ordusunun ölkənin müxtəlif bölgələrinə endirdiyi zərbələrdən danışıb. O, xüsusilə enerji infrastrukturuna edilən hava hücumlarından sonra yaranan elektrik kəsintilərinin aradan qaldırılması istiqamətində işlərin davam etdiyini bildirib.
Zelenski, həmçinin Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadə etməklə hücumları artırmaq səylərini davam etdirdiklərini vurğulayıb.
Aytən Yaşar/Turkustan.az