Tramp “Binance”ə qarşı kiberhücumun arxasında Şimali Koreyalı hakerlərin olub-olmadığını bilmədiklərini və hadisəni araşdırdıqlarını bildirib.
Turkustan.az xəbər verir ki, hücum zamanı oğurlanan vəsaitlərin geri qaytarılması ilə bağlı suala cavabında isə “Binance” rəhbərliyinin pulları geri alacaqlarına zəmanət verdiyini söyləyib. “Amma bu, kiberhücum idi. Problem də bundadır”, – deyə, Tramp qeyd edib.
O, müasir maliyyə əməliyyatlarının əvvəlki dövrlərdən fərqləndiyini vurğulayaraq, “Artıq heç kim pulu görmür. Mən həmişə bunun bir qədər təhlükəli olduğunu düşünmüşəm”, – deyib. Tramp “Binance”in vəziyyəti əsasən nəzarət altına aldığını bildirdiyini də əlavə edərək, “Görəcəyik”, – söyləyib.
Aytən Yaşar/Turkustan.az