İran güləş komndasının məşqçisi Pejman Dorostkar qəzəbini cilovlaya bilməyib.
Turkustan.az Vərzeş Se-yə istinadla xəbər verir ki, dünya çempionatının 1/4 finalında iranlı güləşçisi Rəhman Əmuzad erməni həmkarı Tovanyanla qarşılaşmada məğlubiyyətə uğrayıb.
Kamera qarşısına keçən baş məşqçi Əmuzadın nümayiş etdirərək Ermənistan idmaçısının yarış zamanı onun üzünə bir neçə zərbə endirdiyini nümayiş etdirib:
"Baxın bu oğlanın sifətinə! Görün nə ediblər! Bunu görmək əvəzinə hakimlər rəqibi deyil, Rəhmanı xəbərdar edir. Allah onlara lənət eləsin!"
Dorostkar qəzəblə yarış zalını tərk edib. /yenisabah.az/