Türkiyə ordusu şəhid verdi


Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Hakkari vilayətinin Yüksəkova rayonunda sərhəd keçidi ilə bağlı insidentə müdaxilə edərkən açılan atəş nəticəsində yaralanan müqaviləli əsgər Yusif Səid Ünlü göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, xəstəxanada vəfat edib”, - məlumatda bildirilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ