ABŞ Dövlət Departamenti Ukraynanın müdafiə qabiliyyətini artırmaq məqsədilə bu ölkəyə 2,1 milyard dollar dəyərində potensial hərbi texnika və silah satışını təsdiqləyib.
Turkustan.az xəbər verir ki, qurumdan bildirilib ki, bu satış Ukraynanın təhlükəsizliyini gücləndirməklə yanaşı, ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə də töhfə verəcək.
Razılaşma çərçivəsində Ukraynaya 500 ədəd PAC-3 raketi (Patriot hava hücumundan müdafiə sistemləri üçün) və müvafiq köməkçi avadanlıqların ötürülməsi nəzərdə tutulur.
Bəyanatda vurğulanır ki, satışın maliyyələşdirilməsində ABŞ büdcəsindən istifadə olunmayacaq və xərclər tərəfdaşlar ilə müttəfiqlər tərəfindən tam qarşılanacaq.
Ukrayna bu satışı milli vəsaitləri, eləcə də Kanadanın, Almaniyanın və Norveçın ianələrini cəlb edən “JUMPSTART” proqramı və Avropa İttifaqının Ukraynaya Dəstək Krediti hesabına ödəyəcək.
Hərbi paketin hazırlanması üzrə əsas podratçı şirkət isə ABŞ-ın müdafiə sənayesi nəhəngi “Lockheed Martin” olacaq.
Aytən Yaşar/ Turkustan.az