Qətər ABŞ və İran arasında diplomatik həll yoluna nail olunması ehtimalının yüksək olduğunu açıqlayıb.
Turkustan.az xəbər verr ki, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani bildirib ki, Vaşinqton və Tehran arasında əldə oluna biləcək hər hansı razılaşma Körfəz ölkələrinin və bütövlükdə regionun maraqlarını nəzərə almalıdır.
Qətərdə nəşr olunan “Əl-Ərəbi Əl-Cədid” qəzetinə müsahibəsində Əl-Sani ABŞ–İran münasibətləri, Hörmüz boğazındakı gərginlik, Körfəz təhlükəsizliyi və Qətərin regional siyasəti ilə bağlı fikirlərini bölüşüb.
O qeyd edib ki, ABŞ və İran arasında aparılan danışıqlarda müsbət irəliləyiş müşahidə olunur. Əl-Saninin sözlərinə görə, Qətər digər Körfəz ölkələri ilə koordinasiyalı şəkildə diplomatik həll üçün uyğun mühitin formalaşdırılmasına çalışır.
Aytən Yaşar/ Turkustan.az