Fiziyev: Deyəcək söz yoxdur, yaxşıca döyüldüm - VİDEO


Azərbaycanlı döyüşçü Rafael Fiziyev UFC 325 turnirində braziliyalı Maurisio Ruffiyə uduzduğu görüşdən sonra fikirlərini bölüşüb.

Turkustan.az xəbər verir ki, Fiziyev bu barədə özünün sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

"Nə deyə bilərəm ki? Deyəcək bir söz yoxdur. Yaxşıca döyüldüm. Texniki nokaut. Nə etmək olar? Mən cəsarətimin çatdığı o həyatı yaşayıram. Bəli, mən buna cürət etdim. Mən döyüşçüyəm, geri qayıdacam. Yenə də davam edəcəm, özümü inkişaf etdirəcəm, çalışacam, irəli gedəcəm və hamını qələbələrimlə sevindirməyə çalışacam. Bunun öhdəsindən gələcəm. Dəstək olan hər kəsə təşəkkür edirəm. Hamınızı sevindirmək alınmadı", - Fiziyev bildirib.

Xatırladaq ki, Fiziyev yüngül çəki dərəcəsində baş tutan və turnirin üçüncü ən vacib döyüşü hesab olunan qarşılaşmanın ikinci raundunda nokautla Maurisio Ruffiyə uduzub. /axar.az/


MANŞET XƏBƏRLƏRİ