UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Turkustan.az xəbər verir ki, ötən gecə baş tutan 9 qarşılaşmada maraqlı nəticələr qeydə alınıb.
Azərbaycan təmsilçisi "Qarabağ" doğma meydanda Bolqarıstanın CSKA Sofiya komandası ilə qolsuz heç-heçə edib. Türkiyənin "Beşiktaş" klubu isə Danimarka təmsilçisi "Midtyülland"ı minimal hesabla məğlub edib.
Oyunların nəticələri:
"Beşiktaş" (Türkiyə) – "Midtyülland" (Danimarka) – 1:0
"Qarabağ" (Azərbaycan) – CSKA Sofiya (Bolqarıstan) – 0:0
"Hammarbi" (İsveç) – "Anderlext" (Belçika) – 1:1
"Tromso" (Norveç) – "Hradeç Kralove" (Çexiya) – 0:1
"Şerif" (Moldova) – "Makkabi Təl-Əviv" (İsrail) – 0:5
"Dinamo Kiyev" (Ukrayna) – PAOK (Yunanıstan) – 2:3 /modern.az/
"Tvente" (Niderland) – "Ferentsvaroş" (Macarıstan) – 1:2
"Sent-Qallen" (İsveçrə) – "Benfika" (Portuqaliya) – 2:1
"Hayduk Split" (Xorvatiya) – "Pafos" (Cənubi Kipr) – 2:0