Messi ilə belə vidalaşdılar - VİDEO


Almaniyanın idman geyimləri istehsalçısı “Adidas” Argentina millisinin kapitanı Lionel Messiyə həsr olunmuş xüsusi videoçarx yayımlayıb.

Turkustan.az Bakupost.az-a istinadən xəbər verir ki, "Gracias, Leo" ("Təşəkkürlər, Leo") adlı videoda Messinin 2006-cı ildən 2026-cı ilə qədər qatıldığı dünya çempionatlarında geyindiyi altı fərqli buts modeli nümayiş etdirilib. Buraya turnir üçün xüsusi hazırlanan məhdud sayda F50 "El Último Tango" modeli də daxildir.

Videonun sonunda isə cəmi iki söz yer alıb: "Gracias, Leo".

Qeyd edək ki, Argentina millisi dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olub.


MANŞET XƏBƏRLƏRİ