Təbrizin millət vəkili Azərbaycan xalqını təbrik edib


"İşğal olunmuş torpaqların azad edilməsi Azərbaycan xalqı üçün dönüş nöqtəsidir və bu mübarək hadisənin ildönümündə bu ölkənin əziz insanlarının sevincinə şərik oluruq".

Bunu İran parlamentində Təbriz şəhərini təmsil edən deputat Ruhullah Mütəfəkkirazad tviter səhifəsində yazıb.

"Ümid edirik ki, 30 illik işğal və müharibə təcrübəsi sülhün qorunması və Cənubi Qafqazda başqalarının xaos yaratmaq üçün xoşagəlməz hərəkətlərinin qarşısının alınması yönündə ibrət olacaq", - deputat vurğulayıb (Report).


MANŞET XƏBƏRLƏRİ