İndoneziyada 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Turkustan.az xəbər verir ki, yerli vaxtla saat 11:31-də baş verən zəlzələnin episentri Şimali Maluku əyalətinin Tobelo şəhərindən təxminən 58 kilometr qərbdə, 120 kilometr dərinlikdə yerləşib.
Səlahiyyətlilər zəlzələdən sonra sunami təhlükəsinin olmadığını bildiriblər.
Aytən Yaşar/ Turkustan.az