ABŞ-da yerləşən bir şirkət ev işlərini asanlaşdırmaq üçün yeni nəsil ev robotu təqdim edib.
Turkustan.az xəbər verir ki, şirkətin təqdim etdiyi robot paltar qatlama, yataq düzəltmə və evi səliqəyə salma kimi gündəlik işləri yerinə yetirə bilir. Süni intellektlə təchiz olunan cihaz evdə avtonom hərəkət edərək istifadəçinin gündəlik yükünü azaltmağı hədəfləyir.
Robotun satış qiyməti təxminən təxminən 9 500 ABŞ dolları olaraq açıqlanıb. Onun geniş satışa çıxarılma tarixi isə hələlik məlum deyil.
Aytən Yaşar/ Turkustan.az