AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
“MAARİFPƏRVƏRLİK” AZƏRBAYCAN GƏNCLƏRİNİN İCTİMAİ YARDIM ASSOSİASİYASI (MAGİYA) ictimai birliyi
“İnsan alverinə qarşı mübarizə maariflənmədən başlayır!” layihəsi
Lənkəranda yerli gənclər üçün insan alverinə dair layihənin icrası davam edir “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 2 iyul tarixində Lənkəran şəhərində “İnsan alverinə qarşı mübarizə maariflənmədən başlayır!” layihəsi ilə əlaqədar 29 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yarım günlük təlim kursu təşkil edilmişdir. Lənkəran Gənclər Evində keçirilən təlim kursunda Lənkəran rayonu üzrə 16-29 yaş arası 29 nəfər gənc olmaqla, 16 nəfər qız və 13 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa təlim kursunda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nümayəndələri Kənan Şükürov və Ülkər Nağızadə, təlimçi qismində Astara Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu Fərrux Əliyev, ekspert qismində isə Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan təlim kursunda işçi heyətlə iştirakçılar arasında insan alverinə dair bir çox mövzular – “İnsan alveri haqqında ümumi məlumat, İnsan alverinin başvermə səbəbləri və insan alverinə cəlbetmə yolları, İnsan alveri qurbanlarının ehtiyacları və problemləri, İnsan alverinə qarşı milli və beynəlxalq qanunvericilik, Azərbaycanda insan alverinə qarşı mübarizə,
Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Qaynar xətt – 152, İnsan Alverinə qarşı Mübarizə üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyası” müzakirə olunmuş və aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təlim zamanı müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunmuşdur.
Təlimin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir. Qeyd edək ki, 01 may – 31 iyul 2026-cı il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi insan alveri və insan alverinə qarşı mübarizə barədə gənclərin regional miqyasda maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.
MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi (www.epsaya.az)


“MAARİFPƏRVƏRLİK” AZƏRBAYCAN GƏNCLƏRİNİN İCTİMAİ YARDIM ASSOSİASİYASI