Leysan yağacaq - Hava ilə bağlı XƏBƏRDARLIQ


Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.

Turkustan.az-ın quruma istinadən verdiyi məlumata görə, iyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bildirilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.


MANŞET XƏBƏRLƏRİ