“Soyqırım Həqiqətlərinin Tanıdılması” İB Şamaxı rayonunda tədbir keçirib


“Soyqırım Həqiqətlərinin Tanıdılması” İB Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Zəngin İrs, Güclü Gələcək” layihəsi çərçivəsində Şamaxı Yaradıcılıq Mərkəzində tədbir keçirib.
Tədbirdə Azərbaycan Respiblikası Mədəniyyət Nazirliyinin MyGrant layihəsinin koordinatoru Heydər Mirzəyev, Şamaxı Yaradıcılıq Mərkəzinin direktoru Ayan Ələkbərova, Şamaxı Yaradıcılıq Mərkəzinin direktor müavini Elina Nərimanova, "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyin sədr, müavini, İNAM İctimai Birliyin təsisçisi, Azərbaycan Universitetinin əməkdaşı Ayşən Hüseynova, sözügedən layihənin eksperti, Azərbaycan Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva, müəllimlər və gənclər iştirak edib.
Çıxışlar zamanı milli-mədəni irsimizin qorunmasının əhəmiyyəti, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsi və tarixi yaddaşın gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.
#ZənginİrsGüclüGələcək #MədəniyyətNazirliyi #SoyqırımHəqiqətlərininTanıdılması #Şamaxı #Milliİrs #Maarifləndirmə


MANŞET XƏBƏRLƏRİ