İranda yeni türk əyaləti yarana bilər - Kampaniya başladı


İranın müxtəlif əyalətlərində yaşayan qaşqay türkləri Qaşqayi əyalətinin yaradılması və ya onların kompakt yaşadıqları əyalətlərdən birinə Qaşqayi adının verilməsi tələbi ilə imza kampaniyası başladıblar.

Turkustan.az xəbər verir ki, bu haqda onlar sosial media şəbəkəsində məlumat yayıblar.

Məlumata görə, kampaniyanın başladılmasından keçən 3 gün ərzində 28 mindən çox qaşqay türkü bununla bağlı petisiyaya imza atıb.

Qeyd edək ki, qaşqay türkləri əsasən İranın Şiraz, İsfahan, Çaharmahal və Bəxtiyari və Buşehr əyalətlərində, qismən isə Xuzistan, Köhgiluye və Boyer Əhməd əyalətlərində yaşayırlar.

Onlar saylarının təxminən 3 milyon olduğunu bildirsələr də, 2016-cı ilin rəsmi statistikasına əsasən İranda 959 min nəfər qaşqay türkcəsində danışır./axar.az


MANŞET XƏBƏRLƏRİ