Amerikalı təsisçidən ŞOK İDDİA: "Papa Çin kommunistləri üçün işləyir"


Amerikanın məlumat analitikası və proqram təminatı şirkəti Palantir Technologies-in həmtəsisçisi Peter Thiel Papa Leo XIV-ün süni intellektlə bağlı mövqeyini tənqid edib.

Turkustan.az xəbər verir ki, o bildirib ki, "Düşünürəm ki, Papa Çin kommunistləri üçün işləyir".

CNN-in məlumatına görə, Thiel Kolorado ştatında keçirilən Aspen İdeyalar Festivalında süni intellektin gələcəyi və ABŞ-Çin texnoloji rəqabəti ilə bağlı çıxış edib.

O, Papa Leo XIV-ün "Magnifica Humanitas" ensiklikasında süni intellektin hərbi məqsədlərlə istifadəsinin məhdudlaşdırılması və bu sahədə beynəlxalq nəzarət mexanizmlərinin tətbiqinə çağırış etdiyini xatırladıb. Thielin sözlərinə görə, bu yanaşma istəmədən də olsa, Çinin maraqlarına xidmət edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ