Pakistanın baş naziri Ərdoğanın dəvəti ilə Türkiyədədir


Türkiyənin ticarət naziri Ömər Bolat Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə ölkəyə səfər edən Pakistanın Baş naziri Şahbaz Şərifi İstanbulda qarşıladıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, o, "Dost və qardaş Pakistanla birliyimizi və həmrəyliyimizi gücləndirmək, iki ölkə arasındakı strateji tərəfdaşlığı yeni nailiyyətlərlə möhkəmləndirməkdə qərarlıyıq", – deyə, vurğulayıb.

Bolat sosial media hesabında paylaşdığı açıqlamada Türkiyə ilə Pakistan arasında münasibətlərin dərin köklü qardaşlıq, qarşılıqlı etimad və ortaq məqsədlərə əsaslandığını qeyd edib.

Nazir bildirib ki, Ankara ticarət, investisiya və iqtisadi əməkdaşlıq başda olmaqla bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirir.

Bolat həmçinin, Şahbaz Şərifin səfərinin Türkiyə ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini ifadə edərək, Pakistanın Baş nazirini ölkəsində salamlamaqdan məmnunluğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ