Ukrayna Rusiyaya ağır zərbə vurdu


Rusiyanın Müdafiə Nazirliyi isə ötən gecə 389 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini bildirib.

Turkustan.az Rusiya KİV-ə istinadən xəbər verir ki, məlumata görə, dronlar əsasən Leninqrad və Moskva vilayətləri üzərində vurulub.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, Baltik dənizi sahilində, Sankt-Peterburqdan təxminən 90 kilometr məsafədə yerləşən Vısotsk limanına PUA hücumu nəticəsində qalıqlar düşüb. Həmin limanda "Lukoyl" şirkətinə məxsus neft terminalı fəaliyyət göstərir.

Rusiya rəsmiləri iyulun 4-ü səhər saatlarında Leninqrad vilayəti üzərində daha 67 PUA-nın məhv edildiyini də açıqlayıblar.

"Exilenova+" monitorinq kanalı hücum nəticəsində Sankt-Peterburq neft terminalının vurulduğunu iddia edib. OSINT analitikləri terminal ərazisində bir neçə yanğın ocağının yarandığını bildirirlər.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko PUA hücumunu təsdiqləyərək səhər saatlarında iki pilotsuz aparatın zərərsizləşdirildiyini açıqlayıb. Hücumun nəticələri barədə isə rəsmi məlumat verilməyib.

Ukraynanın müdafiə nazirinin müşaviri Sergey Sternenkonun sözlərinə görə, Sankt-Peterburq neft terminalı Baltik regionunun ən iri neft terminallarından biridir. Terminalda neft məhsullarının saxlanılması üçün 21 rezervuar yerləşir və illik ötürmə gücü 12,5 milyon ton təşkil edir.

Qeyd edək ki, Ukrayna Müdafiə Qüvvələri daha əvvəl də bu terminala zərbələr endirib. Belə ki, 2026-cı il iyunun 3-də, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılışı ərəfəsində PUA-lar həm Sankt-Peterburq neft terminalına, həm də Kronştadtdakı Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına hücum etmiş, nəticədə "Boykiy" korvetinin zərər gördüyü bildirilmişdi. /modern.az/


MANŞET XƏBƏRLƏRİ