"Maduronun götürülməsi Xameneyiyə də mesajdır" - AÇIQLAMA


"ABŞ əsas hədəfi Çinə qarşı planlarını həyata keçirmək üçün artıq real addımlar atmağa başlayıb. Rusiya ilə dialoqla problemləri həll etmək, İran və Venesuela ilə isə zor yolu ilə danışmaq üzrədir. Çinin iqtisadi dayaqlarını, qol - budaqlarını budamaq üçün hələ bir çox ölkələrə qarşı əməliyyatlar aparılacaq".

Turkustan.az xəbər verir ki, bu fikirləri siyasi şəhrçi Turan İrfan yazıb.

O bildirir ki, "Venesuela ilə bağlı bir neçə ay əvvəldən planlar masada idi və hakimiyyətə xəbərdarlıq da edilmişdi. Ancaq geniş miqyaslı və uzunmüddətli hərbi müdaxilə nəzərdə tutulmamışdı və gedişat onu göstərir ki, bu plan da artıq gerçəkləşib. Prezident və ailəsi ABŞ tərəfindən həbs olunub, müdafiə naziri həlak edilib. Demək bir neçə saatın içində Venesuela hakimiyyəti iflic duruma salınıb, silahlı müqavimət olmasa ABŞ-nin hərbi əməliyyatı başa çatmış sayıla bilər. Geniş miqyaslı və uzunmüddətli hərbi əməliyyatlar hazırda əlverişli deyil, ona görə də prezidenti həbs etməklə qısa müddətdə prosesi bitirmək nəzərdə tutulur. Hazırda İranla bağlı planlar ortadadır. Maduronun götürülməsi əslində İranın ali dini liderinə və yüksək postlardakı mollalarına psixoloji mesajdır. Yəni bir gecə qəfil qara torbaya salınıb götürülə bilərlər.

ABŞ Venesuela hakimiyyətini devirməklə Rusiya və İranın, İranı qarışdırmaqla isə Çin və yenə Rusiyanın qol-qanadını budayır. Çinin ticarət ortaqlarını, siyasi dayaqlarını tədricən ya zərərsizləşdirir ya da neytrallaşdırır. Artıq böyük neft yataqlarına sahib olan Venesuelaya nəzarət etməklə Rusiya neftinə ehtiyacı azaltmış oldu. Demək dolayı yolla Rusiyan da çöküşünün təməlini qoymuş oldu.

ABŞ lideri Tramp ölkəsini dünyada yeganə güc görmək istəyir. Təkqütblü dünya planı üzərində iş gedir. Risiya neytrallaşdırılıb son hədəf Çin olacaq.


MANŞET XƏBƏRLƏRİ