Türkiyə prezident Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, liderlər Türkiyə ilə İtaliya arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Görüşdə Prezident Ərdoğan Türkiyə ilə İtaliya arasında bütün sahələrdə, xüsusən də müdafiə sənayesində əməkdaşlığı gücləndirmək üçün çalışdıqlarını və münasibətləri sürətləndirmək üçün yeni addımlar atmağın da vacib olduğunu bildirib.
Prezident Ərdoğan Türkiyədə keçiriləcək NATO Liderlər Zirvəsində müttəfiqlər arasındakı əlaqələrin güclənməsini gözlədiklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az