Tarixçi alim: Qarabağ problemi öz aktuallığını hələ də saxlayır


“İndi mübarizə informasiya meydanındadır”.

Turkustan.az xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminarda deyib.

"Vaxtilə şəhidlərimiz, döyüşçülərimiz və əsgərlərimiz torpaqlarımız uğrunda mübarizə apardılar. Bu gün isə əlində qələm olan jurnalistlərin öz üzərinə düşən missiyanı yerinə yetirməsi və informasiya mübarizəsinə töhfə verməsi vacibdir".

Həsən Həsənov qeyd edib ki, tariximizi yaxşı bilməli, bu barədə məlumatları geniş şəkildə yaymalı, müxtəlif platformalarda dərc etməli və cəmiyyəti məlumatlandırmalıyıq.

O, Qarabağ məsələsinin də daim gündəmdə saxlanılmasının zəruri olduğunu bildirib. Onun sözlərinə görə, Qarabağ məsələsi yalnız tarixi deyil, eyni zamanda siyasi əhəmiyyət daşıyan məsələdir və bu istiqamətdə informasiya mübarizəsi davam etdirilməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ