Tarixçidən dərsliklərlə bağlı sərt irad: 40-a yaxın məsələ qaldırmışam


"Dərsliklərdə bununla bağlı səhvə yol verirlər".

Turkustan.az xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminarda deyib.

Tarixçi alim bildirib ki, Novruzun yalnız zərdüştlüklə əlaqələndirilməsi düzgün deyil. Onun sözlərinə görə, bu yanaşmanın dərsliklərdə də öz əksini tapması narahatlıq doğurur.

O, qeyd edib ki, Novruz türk xalqlarının qədim bayramlarından biridir və azərbaycanlıların bu bayramın tarixi ilə bağlı özünəməxsus irsi mövcuddur.

Alim həmçinin dərsliklərdə bu məsələlərlə bağlı, onun fikrincə, yanlış məlumatlara yer verildiyini deyib. O, bununla bağlı dəfələrlə nazirliyə müraciət edərək, ümumilikdə 40-a yaxın məsələni diqqətə çatdırıb, lakin qaldırdığı problemlərin bir qismi hələ də həllini tapmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ