"Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminar keçirildi


"Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirildi.

Turkustan.az xəbər verir ki, bu gün Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilib.

Seminarda tarixçi alim Həsən Həsənov jurnalistlərlə görüşüb. Görüş zamanı Qafqaz Albaniyasının tarixi, mədəni irsi və bu irsin öyrənilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Həsən Həsənov mövzu ilə bağlı tarixi faktları diqqətə çatdırıb, jurnalistləri maraqlandıran sualları cavablandırıb və Qafqaz Albaniyasının irsi ilə bağlı müxtəlif məsələlərə aydınlıq gətirib.

Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə jurnalistlər mövzu ilə bağlı onları maraqlandıran sualları alimə ünvanlayaraq ətraflı cavablar alıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ