Beynəlxalq vebinar keçirilib - FOTOLAR


Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Sosial təminat investisiyaları üçün mühasibat uçotu və maliyyə hesabatı standartları və təcrübələri” mövzusunda beynəlxalq vebinar keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Cəfər Muxtarzadənin təqdimatla çıxış etdiyi vebinarda sosial təminat qurumları üçün normativ baza və standartlar, tətbiq olunan mühasibat uçotu və maliyyə hesabatı prinsipləri, bu prinsiplərin sosial təminat qurumlarının təcrübəsində tətbiqi üsulları müzakirə olunub.

Mühasibat uçotu və maliyyə hesabatı standartlarının pul ehtiyatları və investisiya qərarlarına təsiri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Cəfər Muxtarzadə İngilis dilində təhsil alaraq, Britaniya, Finlandiya və Macarıstan universitetlərində, bakalavr, magistr və doktorantura dərəclərini İqtisadçı- Maliyyə və Mühasibatlıq, Beynəlxalq Strateji İdarəetmə və Biznesin İdarəetməsi ixtisasları üzrə bitirmişdir. Xaricdə yaşadığı dövrlərdə bir çox yüksək dərəcəli Amerika, Avropa şirkətlərində çalışmışdır və həmin şirkətlərdə rəhbər vəzifələrdə xidmət etmişdir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ