İşləyənlərə VACİB XƏBƏR: Əgər sizə nahar fasiləsi verilmirsə, mütləq bu addımı atın


Son dövrlər iş günü və iş saatlarının təşkili ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə, bəzi işçiləri maraqlandıran suallardan biri də nahar fasiləsinə çıxmadan işlədikləri halda iş yerini daha tez tərk edib-edə bilməmələridir. Bəs, işçi nahar fasiləsinə çıxmadan işləyərsə, onun işdən bir saat tez çıxmasına şərait yardıla bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, bu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 103-cü maddəsi ilə tənzimlənir.

Toğrul Məmmədov

Onun sözlərinə görə, qanunvericiliyə əsasən işəgötürən işçiyə mütləq şəkildə nahar və istirahət fasiləsi üçün vaxt ayırmalıdır və həmin fasilə iş vaxtına daxil edilmir.

“Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin konkret vaxtını və müddətini müəyyən etmək mümkün olmadıqda belə, işəgötürən işçinin nahar etməsi üçün uyğun şərait yaratmağa borcludur.

İşçinin nahar fasiləsinə çıxmaması və ya ümumiyyətlə fasilənin verilməməsi qanun pozuntusu kimi qiymətləndirilə bilər. Bu səbəbdən nahar fasiləsindən imtina etməklə iş vaxtının qısaldılması və işdən bir saat tez çıxmaq məsələsi tərəflərin razılaşmasından asılı olsa da, işəgötürən fasilə hüququnu aradan qaldıra bilməz”, – deyə o, əlavə edib.

Qeyd edək ki, əmək qanunvericiliyinə görə nahar fasiləsi işçinin istirahət hüququnun bir hissəsi hesab olunur və onun təmin edilməsi işəgötürənin birbaşa öhdəliyidir.


MANŞET XƏBƏRLƏRİ