Türkiyə prezident Ərdoğan Efiopiya səfərindən sonra təyyarədə jurnalistlərə açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Ərdoğan tərəflərə İranda münaqişə istəmədiklərini çatdırdıqlarını bildirib və əlavə edib ki, "Bölgədəki müharibə heç kimə fayda verməyəcək, hər kəs üçün itkilərə səbəb olacaq".
Ərdoğan Türkiyəni Qəzza Sülh Komitəsində xarici işlər naziri Hakan Fidanın təmsil edəcəyini açıqlayıb.
Ərdoğan Dəməşq rəhbərliyi ilə Suriyadakı YPG terror təşkilatı arasında tam inteqrasiya istiqamətində atılan addımları yaxından izlədiklərini və razılaşmanın həyata keçirilməsi üçün lazımi təklifləri verdiklərini bildirib.
Xarici İşlər Naziri Hakan Fidanın Qəzza Sülh Komitəsində Türkiyəni təmsil edəcəyini açıqlayan Ərdoğan, komitənin Qəzzada uzun müddətdir gözlənilən sabitliyə, atəşkəsə və sülhə töhfə verəcəyinə ümid etdiyini bildirdi.
Aytən Yaşar/ Turkustan.az