Müqəddəs Ramazan ayının başlamasına cəmi bir neçə saat qalıb. Milyonlarla müsəlman bu gecə ilk sahurunu, sabah isə ilk iftarını edəcək.
Turkustan.az xəbər verir ki, mübarək ay ərəfəsində Türkiyə prezidenti Recep Tayyip Erdoğan 81 vilayətin qubernatoru ilə görüşərək vətəndaşların necə daha effektiv şəkildə dəstəklənməsi və istiqamətləndirilməsi məsələlərini müzakirə edib.
Ərdoğan çıxışında mühüm mesajlar verərək bir sıra tapşırıqlar səsləndirib.
Bölgədə sülh və sabitliyin yaxın olduğunu bildirən Prezident qubernatorların vətəndaşlara xüsusi həssaslıqla yanaşmasının vacibliyini vurğulayıb: “Dövlətin qapısı ümid qapısıdır. Xalqımız qürurlu və həyalıdır; hər kəsə ürəyini açmır, dərdini və çətinliyini dilə gətirmir. Ehtiyaclarını hər kəslə bölüşmür”.
Ərdoğan qeyd edib ki, ehtiyacı olan vətəndaşlar axtarılıb tapılmalı, onlar müraciət etməzdən əvvəl yardım göstərilməlidir: “Lazım gələrsə, qapı-qapı gəzəcək, problemləri yerində müəyyənləşdirəcək və mümkün qədər qısa zamanda həll edəcəksiniz”.
Aytən Yaşar/ Turkustan.az