Starmer və Tramp Ukrayna və Qəzza ilə bağlı məsələləri müzakirə etdi


Böyük Britaniyanın Baş naziri Keir Starmer və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı İsveçrənin Cenevrə şəhərində keçirilən Ukrayna və İran danışıqlarını, eləcə də Qəzzadakı vəziyyəti müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, Böyük Britaniya Baş nazirinin ofisi, Dauninq küçəsi, 10 ünvanında yerləşən sözçünün yazılı açıqlamasına görə, Starmer Trampla telefon danışığı zamanı Rusiyanın Ukraynaya hücumlarını bir daha pisləyib.

İki lider Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün davam edən danışıqları müzakirə ediblər.

Görüşdə Baş nazir Starmer Qəzza məsələsinə də toxunub, bölgədəki mövcud vəziyyəti və humanitar yardıma daha geniş çıxışın təmin edilməsinin vacibliyini qiymətləndirib.

Starmer ABŞ-ın rəhbərlik etdiyi sülh planının həyata keçirilməsi üçün davam edən səyləri dəstəklədiyini vurğuladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ