PKK terror təşkilatının lideri Abdullah Öcalan İmralı həbsxanasında keçirilən görüş zamanı silahlı mübarizənin dayandırıldığını və bundan sonra demokratik siyasətə üstünlük veriləcəyini açıqlayıb.
Turkustan.az-ın xəbərinə görə, bu barədə DEM Partiya nümayəndələri – TBMM sədrinin müavini Pervin Buldan, millət vəkili Mithat Sancar və vəkil Faik Özgür Erol məlumat veriblər.
Partiyanın açıqlamasına görə, fevralın 16-da keçirilən və üç saat yarım davam edən görüşdə A.Öcalan zorakılıq və silahdan imtina edildiyini bildirib. O qeyd edib ki, bundan sonra əsas məqsəd demokratik siyasi fəaliyyətin gücləndirilməsi və cəmiyyət daxilində inteqrasiyanın təmin olunmasıdır.
“Silah yerə qoyulub, zorakılığa son verilib, müdhiş bir demokratik siyasət aparacağıq”, - A.Öcalan yazılı açıqlamasında bildirib. /yenisabah.az/