Səhər saatlarından etibarən Çempionlar Liqası çərçivəsində “Qarabağ”la qarşılaşma üçün Bakıya gələn “Nyukasl” azarkeşləri bilet əldə etmək üçün Neftçilər prospektində növbəyə dayanıblar.
Turkustan.az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə yer alıb.
Xatırladaq ki, “Qarabağ”la oyunu təxminən 2 min ingilis azarkeşin izləyəcəyi gözlənilir.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.



Bizim.Media