Dünyanın ən populyar siyasi analitiklərindən biri olan Skott Ritterin iddiası Putinin varisi mövzusunu yenidən aktuallaşdırdı
Turkustan.az Musavat.com-a istinadənxəbər verir ki, dünyanın ən populyar siyasi analitiklərindən biri olan Skott Ritter Endryu Napolitano ilə video söhbətində Rusiyada Putindən sonra hakimiyyəti kimin gələcəyi haqda mövzunu yenidən aktuallaşdırıb.
O, danışıqlarda Rusiya heyətinə rəhbərlik edən Medinskinin personasına diqqət çəkib.
“Medinskinin özü çox maraqlı bir fiqurdur və qeyd edim ki, insanlar Putinin Rusiya prezidenti kimi mümkün varisləri barədə müzakirələrə başlayanda onun müttəfiqi Medinskinin adı ilk xatırlananlar arasındadır. Medinski İstanbulda danışıqlar qrupuna rəhbərlik edib və indi də Cenevrədə danışıqlar masasında oturub” Skott bildirib.
Rusiya prezidentinin özünə varis axtardığı barədə şayiələr 2017-ci ildə, üçüncü prezidentlik müddəti başa çatmaq üzrə olduğu və Vladimir Putinin növbəti prezident seçkilərində iştirak etmək barədə heç bir açıqlama verməyə tələsmədiyi zaman yaranmışdı.

Vladimir Medinski 1970-ci ildə Ukrayna SSR-in Çerkas vilayətinin Smela şəhərində hərbçi ailəsində anadan olub. 1980-ci ildə Medinski ailəsi Moskvaya köçüb. Orada Vladimir Rostislavoviç orta məktəbi bitirdikdən sonra RSFSR Ali Sovetinin adına Moskva Ali Birgə Silah Komandanlıq Məktəbinə sənəd verib, lakin görmə problemləri səbəbindən tibbi müayinədən keçə bilməyib.
Daha sonra Medinski Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olub və orada hərbi tarixə böyük maraq göstərib və Moskva Dövlət Universitetinin tarix fakültəsində fakültativ kurs kimi müntəzəm olaraq açıq mühazirələrdə iştirak edib. İnstitutda oxuyarkən o, Lenin təqaüdü alıb, institutda Komsomol Komitəsinin üzvü olub və Xarici İşlər Nazirliyinin Pioner düşərgəsində yay düşərgəsi məsləhətçisi kimi çalışıb. O, həmçinin ABŞ-dakı Rusiya səfirliyində təcrübə keçib. İnstitutu bitirdikdən sonra jurnalistikaya maraq göstərib və bir çox Rusiya KİV-ləri ilə sıx əməkdaşlıq edib. 1993-cü ildən 1997-ci ilə qədər siyasi elmlər üzrə aspiranturada təhsil alıb. 1997-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, daha sonra siyasi elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. 1998-ci ildə Vladimir Medinski dövlət qulluğuna qəbul olub və Rusiya Federal Vergi Polisi Xidməti direktorunun müşaviri olub. 1999-cu ildə (çoxları üçün gözlənilmədən) Rusiya Federasiyası Vergilər və Rüsumlar Nazirliyinin Departamentinin rəhbəri təyin edilib. 2003-cü ildə Vladimir Rostislavoviç "Vahid Rusiya" partiyasının federal siyahısından Dövlət Dumasına seçilib. 2020-ci ilin yanvar ayında Vladimir Medinski (çoxları üçün gözlənilmədən) mədəniyyət naziri vəzifəsindən Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsinə keçirildi...