Macarıstan Ukraynaya ilə bağlı qərarını dəyişdi


Macarıstan Ukraynaya dizel yanacağı daşınmasını dayandırmaq qərarına gəldiyini açıqladı.

Turkustan.az xəbər verir ki, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bu barədə ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında məlumat verib.

Siyarto bu gün Ukraynaya dizel yanacağı tədarükünü dayandırmaq qərarına gəldiklərini açıqladı.
O, Rusiya neftini Avropaya daşıyan Drujba boru kəməri vasitəsilə Macarıstana neft daşınması bərpa olunana qədər dizel yanacağı daşınmasının bərpa olunmayacağını vurğulayaraq bildirib ki, "(Ukrayna Prezidenti Volodymyr) Zelenski siyasi səbəblərdən neft daşınmasını bərpa etməmək qərarı ilə Ukraynanın enerji təhlükəsizliyində mühüm rol oynayan Macarıstanın enerji təchizatını qəsdən təhlükəyə atır".

O, qeyd edib ki, Ukraynanın qaz, elektrik enerjisi və dizel yanacağı idxalının böyük bir hissəsi ya Macarıstan vasitəsilə, ya da Macarıstandan gəlir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ