Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı iradına Rusiyadan CAVAB


Rusiya dəmir yolu operatoru Ermənistanı rəqabət üstünlüklərindən məhrum etmir, əksinə, onları yaradır.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Ermənistan baş nazirinin açıqlamalarını şərh edərkən və “Sputnik Ermənistan”ın sualını cavablandırarkən bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl Rusiyanın dəmir yolu konsessiyasını Yerevan və Moskvaya dost ölkəyə satmasını təklif etmişdi. Baş nazir hesab edir ki, Rusiyanın bir sıra ölkələrlə gərgin münasibətləri nəzərə alınmaqla, Ermənistan dəmir yolu üzərində nəzarəti onun rəqabət qabiliyyətinə mənfi təsir göstərir.

Zaxarovanın sözlərinə görə, Paşinyanın açıqlamaları qəribədir və qəbuledilməzdir.

Zaxarova bildirib ki, "Rusiya bütün nəqliyyat və iqtisadi əlaqələrin blokadasının aradan qaldırılmasını ardıcıl olaraq müdafiə edir:

“Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində buna nail olmaq üçün çox iş görülüb".

O qeyd edib ki, Ermənistan dəmir yolu şəbəkəsi 20 ildən çoxdur ki, "Cənubi Qafqaz Dəmir Yolları" QSC tərəfindən idarə olunur.

“Bu müddət ərzində o, nəinki konsessiya müqaviləsinin bütün şərtlərini ardıcıl olaraq yerinə yetirib, həm də infrastruktura və dəmir yolu nəqliyyatına xeyli vəsait yatırıb ki, başa düşdüyüm qədəri ilə hələ xərcini çıxartmayıb. Rusiya operatoru respublikanı rəqabət üstünlüklərindən məhrum etməyən, əksinə onları yaradan bir strukturdur”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.

Zaxarovanın sözlərinə görə, Ermənistanı Türkiyə və Azərbaycanla birləşdirən dəmir yolunun iki hissəsinin bərpası ilə bağlı Rusiyanın mövqeyi Yerevanın xahişi ilə fevralın 12-də Baş nazirin müavini Aleksey Overçuk tərəfindən bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya və Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərə aparan dəmir yolu hissələrinin bərpası ilə bağlı danışıqlara başlayacağını açıqlamışdı.

Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ilin fevral ayında daha 10 il uzatmaq hüququ ilə 30 il müddətinə Cənubi Qafqaz Dəmir Yollarının konsessiya idarəçiliyinə verilib./publika.az


MANŞET XƏBƏRLƏRİ