Qəzza üçün yaradılmış Sülh Şurasının Vaşinqton toplantısında Rəcəb Tayyib Ərdoğanı xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
Turkustan.az xəbər verir ki, Türkiyə XİN bununla bağlı məlumat yayıb.
Hakan Fidan toplantıda çıxış edəcək və Fələstin məsələsinin həllinə yönələn səylərin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayacaq. O, Türkiyənin bu təşəbbüslərə dəstəyini ifadə edəcək.
Toplantıda həmçinin İsrailin atəşkəsin pozulmasına və humanitar yardımların fasiləsiz çatdırılmasına mane olan hərəkətlərinə son qoyulması tələb olunacaq. /Yeni Sabah/